
01 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. 46 saylı Sumqayıt beşinci seçki dairəsindən tanınmış jurnalist 102-ci qəzetin əməkdaşı Məmmədov Rəşid Məmməd oğlu da öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdür. Hazırda Rəşid Məmmədovun namizədliyi qeydə alınıb. Namizədimiz Sumqayıt sakinlərinə, o cümlədən yaşadığı H.Z.Tağıyev qəsəbə sakinlərinə imza toplama kompaniyasında ona dəstək olanlara dərin təşəkkürünü bildirmişdir.
Biz də öz növbəmizdə namizədi təbrik edir, uğurlar diləyirik!
Tural Kəlbəcərli
102-ci qəzetin baş redaktoru
102info.az
