Salyanda “2 İyul – Azərbaycan Polisi Gününə” həsr olunmuş tədbir keçirilmişdir

Daxili İşlər Nazirliyi

Salyanda 2 İyul – Azərbaycan Polisi Gününə həsr olunmuş

tədbir keçirilmişdir.

Tədbirdə RİH başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə etmişlər. Tədbirdə məruzə ilə çıxış edən Rayon Polis şöbəsinin rəisi, polkovnik Nəzər Əsgərov polis əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə təbrik etmiş və Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.

Tədbirdə RİH başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə polis əməkdaşlarını təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Daha sonra tədbirdə çıxış edən Salyan rayon Prokuroru Rəşad Mansurov polis işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduqlarını, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gün də vəzifə borcunu şərəflə yerinə yetirdiklərini diqqətə çatırmışdır.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Salyan Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif edilmişlər.

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir