“Qarabağ bəyannaməsi birliyimizi daha da möhkəmləndirəcək” – Aqil Məmmədov

Cəmiyyət

“Şuşa Zirvə görüşünün siyasi nəticəsi olaraq imzalanmış “Qarabağ Bəyannaməsi” Cənubi Qafqazın dəyişən geosiyasi və geoiqtisadi mühitində dost ölkələrin hərtərəfli əməkdaşlığa dair mövqeyinin müəyyən edilməsini nəzərdə tutur”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin VI çağırış millət vəkili Aqil Məmmədov Şuşada türk dövlət başçılarının zirvə toplantısı haqda danışarkən bildirib.

A.Məmmədovun sözlərinə görə Azərbaycan bu gün Türk Dünyasının birliyi üçün sadəcə ideoloji mərkəz olaraq tarixi missiyasını yerinə yetirmir, həm də ümumtürk birliyinin bütün istiqamətlərdə möhkəm təməllər üzərində inkişafı naminə əsl fədakarlıq nümunəsi göstərir: “Azərbaycan ordusunun, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qələbəsi onu beynəlxalq müstəvidə üstün mövqeyə çıxarıb. Digər tərəfdən bu etimad Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Azərbaycana mənəvi-siyasi dəstəyi də sayıla bilər. Bu baxımdan yeni imzalanan “Qarabağ bəyannaməsi” Azərbaycanın regional güc statusunu daha da qüvvətləndirir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması və qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. İndiki halda Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi cənab Prezidentin Şuşada bir daha vurğuladığı kimi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir”.

A.Məmmədov bildirib ki, regional nəqliyyat marşrutlarının açılması bütün türk dünyası, o cümlədən Mərkəzi Asiya, Xəzər və Qara dəniz hövzələri üçün yeni imkanlar açacaq və böyük faydalar gətirəcək: “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün nəticəsi kimi imzalanmış “Qarabağ Bəyannaməsi” regionun inkişafına mühüm töhfələr verəcək. Türk dövlətləri arasında ittifaqın təməl daşlarından biri kimi “Qarabağ Bəyannaməsi” beynəlxalq hüquq və siyasət baxımından da böyük mühüm əhəmiyyət kəsb edir. İlk növbədə Qarabağ Bəyannaməsi hüquqi bazaya əsaslanan tarixi və regional-qlobal miqyaslı siyasi məsələdir. Bu baxımdan, türk liderlərinin bütün Türk Dünyasını qürurlandıran Zəfərimizin rəmzi olan Şuşada bir araya gəlməsi tarixi hadisədir. Türk Dövlətləri Təşkilatının yaxın gələcəklə bağlı məqsəd və məramını ifadə edən Qarabağ bəyannaməsi isə birliyimizin daha da mökəmlənməsinə böyük töhfələr”.

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir