İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir