Balakəndə yaşadığı evdə narkotik və avtomat gizlədən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Balakəndə yaşadığı evdə narkotik və avtomat gizlədən şəxs saxlanılıb.


Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 yaşlı Anar Kaltayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı ünvandan 1 kiloqram marixuana, eləcə də “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Kaltayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir