Ağsuda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağsuda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.

Vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 9 ov tüfəngini könüllü polisə təhvil veriblər.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir