Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən may-iyun ayları ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 120 fakt müəyyən edilib. Qanunsuz dövriyyədən 6 kiloqram marixuana, 3 kiloqram heroin və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.

28 iyun 2024-ci il

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir