Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdən 3 kiloqram heroin və marixuana aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Suraxanı rayonunda saxlanılan 4 narkokuryerdən 3 kiloqram heroin və marixuana aşkarlanıb.

102info.az xəbər verir ki, Suraxani Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Bakı şəhər sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Avtandil Məhərrəmov, Vüsal Kazımov, Rail Bayqulov və Nadim Soltanov saxlanılıblar. Bu şəxslərdən 3 kiloqram heroin və marixuana aşkarlanıb. N.Soltanovun əlavə olaraq Suraxanı rayonunda bir nəfərə qarşı xuliqanlıq hərəkətləri etdiyi də məlum olub.
Saxlanılan şəxslər narkotikləri ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir