SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN əməliyyatının qarşısını alan Azərbaycanlı QƏHRƏMAN zabitlər kimlərdir?

Cəmiyyət

Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini “Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” başlıqlı məqalədə davamlı olaraq yazmışdıq.  Qurbanəli müəllim elə mətləblərdən danışdı ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxvi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətlər hər kəsin marağına səbəb olacaq. Bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanıyacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimizə başlayırıq. İlk sualmızı verirəm. 

-Məlumat aldınız ki, Azərbaycanda vəziyyət gərgindir. Bəs müalicənizi yarımçıq qoyub Bakıya qayıtmağınızın əsas səbəbi nə idi?

-1992-ci ilin fevral ayında mən müalicə üçün Kırımdakı sanatoriyaların birində idim. Həmin vaxt «Mayak» radiostansiyasında bir xəbər verildi ki, Dağlıq Qarabağdakı Xocalı qəsəbəsində birneçə nəfərin öldürülməsi səbəbindən Azərbaycan xalqı ayağa qalxıb. «Mayak» radiostansiyasının  xəbərindən anladım ki, nəsə dəhşətli hadisələr baş verib. Əks halda, xəbərləri ciddi senzuradan keçən «Mayak» radiostansiyası belə bir xəbəri verməzdi. Evə zəng etdim. Evdən bildirdilər ki, Sovet və erməni qoşunları Xocalıya basqın edib, böyük soyqırım törədiblər, çoxlu sayda insan öldürülüb. Dərhal müalicəmi yarımçıq qoyaraq, Azərbaycana döndüm. Gəncəyə, ordan da Şəmkirə gəldim. Hər yerdən insanlar üzüntü içində idi.
Evdə dayanmayıb, birbaşa hərbi hissəyə getdim. Yolda öyrəndim ki, Xalq Cəbhəsinin yerli şöbəsinin rəhbərləri məni axtarır. Onlar da Şəmkirdəki rus hərbiçilərinin çıxarılması üçün azərbaycanlı zabitlərdən dəstək istəyirdilər.
Nə isə, hərbi hissəyə gəldim. Gördüm ki, şəxsi heyət üzrə komandir müavini olduğum hərbi hissədəki azərbaycanlı zabitlər və gizirlər məni gözləyir. Qeyd edim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, çalışıb heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazımdır. 

Bu sualımıza cavab olaraq bildirirəm ki, orada baş verən hadisələr haqda müəyyən məlumat vermək lazımdır. Qeyd edim ki, SSRİ dağılsa da, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda yerləşən hərbi hissələri qalırdı. Rusiya bu hərbi hissələrin ona məxsus olduğunu bildirsə də, məsələ mübahisəli idi. Xüsusən hərbi texnikanın taleyilə bağlı konkret bir qərar, razılaşma yox idi. Buna görə də bir çox azərbaycanlı zabitlər, o cümlədən mən bu hərbi hissələrdə qalıb, qulluq edirdik

-SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN  məxfi planının qarşısını alan Azərbaycanlı zabitlər barədə nə deyə bilərsiniz? 

 
-Həmin hərbi təyyarələrin Azərbaycanda saxlanılmasında adlarını çəkəcəyim cabitlərdən Vladimir Kravtsovu deyə bilərəm, lakin Aleksandr Pleşanın ciddi rolunun olduğu haqda deyilənlər həqiqətə uyğun deyil. Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. Ancaq o, həmin alayın eskadrilya komandiri idi. Eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşa sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu. Ancaq, bu onun Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasındakı xidmətləri ilə bağlı deyildi. BU MİNVALLA QƏRARA ALDIQ Kİ, AZƏRBACAN DÖVLƏTİ ÜÇÜN XİDMƏT ETMƏLİYİK.

 – Sovet hərbi rəhbərlərinin məxvi planlarının qarşısı necə alındı?

-RUSİYANIN MƏXFİ PLANLARINI AZƏRBAYCAN MN-nin BAŞ QƏRARGAH QƏRƏRGAH RƏİSİNƏ ÇATDIRDIM.
Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirdim ki, bu haqda hər kəslə ayrıca söhbət olacaq. Bunu da onun üçün etdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verərsə, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın.
 Qərar qəbul elədim ki, Bakıya gəldim.

Həmin vaxt Bakıda müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım vardı. Mənim tələbə yoldaşım idi. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim və polkovnik Səlimov məni Baş Qərargah rəisinin yanına apardı. Baş Qərargah rəisnə və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviçlə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla məndən gizlədilən məlumatları əldə edirdim. Həmin məlumatlara əsasən Rusiyanın Dəllərdə təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığını bildirdim. 

-Həmin dövrdə Dəllərdə yerləşən hərbi hissənin siyasi və tərbiyəvi işlər üzrə komandir müavini işləyirdim. Sovet ordusunun tabeçiliyində olan təyyarələrin Azərbaycandan çıxarılmasının qarşısını almaq qərarına gəldik. Amma necə?

Bu suala cavab tapmaq çətin idi. Yollar düşünürdük.  
 MOSKVA İSƏ BÜTÜN HƏRBİ TEXNİKANI RUSİYAYA DAŞIMAQ İSTƏYİRDİ. Hətta MDB dövlətlərinin Belarusiyanın Minsk şəhərində keçirilən hərbi toplantısında bildirimişdilər ki, müəyyən kvota çərçivəsində təyyarə və silah-sursatın bir quismi yerləşdiyi dövlətlərə verilsin. Amma Rusiyalı hərbçilə bununla razılaşmırdı.
Azərbaycan ərazisindəki hərbi texnikanın, o cümlədən hərbi təyyarələrin Rusiyaya məxsus olduğunu xidmət elədiyim hərbi hissənin rəhbərliyi təkidlə vurğulayırdı. Bildirilirdi ki, keçmiş SSRİ-nin əmlakıdır. Onun varisi isə Rusiyadır. Belə olan halda bizim işlərimiz çətinləşirdi. Təbii ki, keçmiş SSRİ-nin tərkib hissəsi olaraq, həmin hərbi əmlakda Azərbaycanın da payı var idi.  Ancaq Moskva bütün hərbi texnikanı özününkü elan edərək, Rusiyaya daşımaq istəməsi bizi narahat edirdi. O zaman Rusiya müttəfiq respublikalardakı qarışıqlıqdan, güclü mərkəzi hakimiyyətin formalaşmamasından istifadə edərək keçmiş müttəfiq respublikaların əksəriyyətindən hərbi texnika, silah-sürsatı Rusiyaya daşındı. Məsələn, Gürcüstanda nə qədər hərbi texnika, silah-sursat var idisə hamısı aparıldı. Yalnız Ukraynada, Belarusiyada və Ermənistanda heç nəyə əl vurmadılar ki, bunun da səbəbi məlumdur.
Eyni qaydada Azərbaycandan da həbri texnikanı, silah-sursatı Rusiyaya aparmaq istəyirdilər.

 Ölkədə həmin vaxt güclü hakimiyyətin formalaşmaması, siyasi qarşıdurmanın olmasından istifadə edərək, bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyində olan, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olur-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika ölkədə saxlanılmalıdır.

Dəllərdə yerləşən kəşfiyyat avia- alayına məxsus 5 MiQ-25 RB və 11Su-24MP – ümumilikdə 16 hərbi təyyarə Azərbaycanda saxlanıldı. Həmin vaxtda Dəllərdən rus hərbiçilərini və ailələrini, eləcə də onların əmlakını aparmaq üçün gələn İl-76 təyyarəsinin bir ədədinin Azərbaycanda saxlandığını bildirilsə də, əslində onların sayı 2 olub. Bu da onunla bağlı idi ki, Rusiya gizlincə Dəllərdə yerləşən kəşfiyyat avia-alayına məxsus 8 təyyarəni qaçırmışdı. Bunun əvəzində biz həmin İl-76 təyyarələrini saxladıq. 

(ardı var)

Subut Mehdiyev, 

Azia.az

102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir