“Son zəng” tədbiri keçirilib

Təhsil

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində 2023/2024-cü tədris ilinə həsr olunmuş “Son zəng” tədbiri keçirilib. Nizami rayon 312 nömrəli tam orta məktəb olaraq biz də bu gün məzunlarımız üçün sonuncu zəngi çalaraq doğma məktəblərindən yola saldıq. Son zəng tədbirində məktəb rəhbərliyi, müəllimlər, valideynlər, xüsusi dəvət olunmuş qonaqlar- Şəhid Abdullayev Sənan Şahin oğlunun ailə üzvləri, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov iştirak edirdi. Məktəb həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Fidan Axundova tədbiri açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib, onları 2023/2024-cü tədris ilində qazandıqları uğurlara görə təbrik edib, yüksək nəticə və ictimai işlərində fəallıq göstərən şagirdlərə təşəkkürünü bildirdi.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Bayrağı “Yaşa Azərbaycan” musiqi sədaları altında səhnəyə gətirildi.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirildi.
Tədbirdə qonaqlar, müəllimlər, valideynlər, məktəbin uğurlu məzunları çıxış edərək bütün onbirincilərə bol müvəfəqiyyət, gözəl gələcək və vətənə layiqli vətəndaşlar olmağı dilədi.
Daha sonra Məzunlar “Bilik açarı”nı X sinif şagirdlərinə təqdim etdilər. Həmçinin, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş , buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər Fəxri fərman və Tərifnamələr ilə təltif olundu.
14 iyun tarixində məzunlar və birincilərin iştirakı ilə məktəbin sonuncu zəngi çalındı. Arzulayırıq ki bu zəng bütün şagirdlərimizə uğur gətirsin!
Əziz məzunlar,bir daha hər birinizi təbrik edir, sizə gələcək təhsil illərinizdə uğurlar arzulayırıq.Yolunuz açıq olsun!.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir