Quba polisinin keçirdiyi tədbirlərlə 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Quba polisinin keçirdiyi tədbirlərlə 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Murad Bağırov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ondan 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Murad Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir