Paytaxtın müxtəlif ərazilərində mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı.

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

İyunun 21-də Şıx çimərliyində bir qadının içərisində mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Sənan Zeynalov müəyyən olunaraq saxlanılıb.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon əraizisində yerləşən marketlərin birində qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən avtoyuma məntəqəsində bir nəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ramel Səfərov saxlanılıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Valeh Şıxəliyev və Orxan Xurşudlu saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir