Ölkəyə qaçaqmalçılıq yolu ilə 19 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Tural Nəsirli saxlanılıb. Onun əlindəki polietilen torbadan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 19 kiloqram marixuana aşkarlanıb.
T.Nəsirli narkotik vasitəni İran vətəndaşı “Mahmud” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir