İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Zaur Şirəliyevə nəqliyyat vasitəsinin işıq cihazları nasaz olduğu üçün “saxla” işarəsi verilib.
Sənədləri yoxlanılarkən Z.Şirəliyevin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Şirəliyev 15 sutka inzibati qaydada həbs edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir