İşlədiyi yerdən 30 min manatlıq mis kabel oğurlayan bağban saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

İyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarından birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.
Araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir