Bakı şəhərinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən Rabil Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, R.Məmmədovdan 6 kiloqram marixuana, 1 kiloqram metamfetamin, əlavə olaraq heroin və 70 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onun narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc müqabilində paytaxt ərazisinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir