Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edir

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə ali və ya orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və daha hündür, hərbi xidmət keçmiş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, polis orqanlarında xidmətə uyğun kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

İştirakçıların sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlığı yoxlanılacaqdır.

Ali təhsilli, kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik və xarici dillərdən azı birini sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir.

İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-94-12;
(012) 590-93-45;
(012) 590-92-37;
(012) 590-97-52.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir