“Azərbaycan Misir əlaqələri yüksələn xətlə inkişaf edir” – Millət vəkili

Baş səhifə

“Bu gün Misirlə Azərbaycan arasındakı əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Ölkələrimiz bütün beynəlxalq məsələlərdə bir – birini dəstəkləyir, necə deyərlər, fikrləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərir”.

Bunu, Prezident İlham Əliyevin Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat haqda fikirlərini Turkustan.az-la bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin 7 iyun tarixində Misir Ərəb Respublikasına etdiyi rəsmi səfər Misir-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə verəcək: “Səfər zamanı iki ölkənin dövlət başçıları arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilmiş, mühüm dövlətlərarası sənədlər imzalanmışdır. Keçirilən görüşlərdə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyinə dair razılıq əldə edildi. Həmçinin Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu”.

A.Məmmədov qeyd edib ki, Qahirə səfəri zamanı dövlətimizin başçısı bildirdi ki,Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır, o da diqqətə çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir”.

İkitərəfli münasibətlərə də toxunan ölkə rəhbərimiz vurğuladı ki, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan Misir əlaqələri yüksələn xətlə inkişaf edir və əməkdaşlıq üçün imkanlar günbəgün genişlənir”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir