Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda tədbir həyata keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.
Profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən həmçinin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətaya yol verən sürücülər də aşkarlanıb və barələrində protokol tərtib edilib. Ümumilikdə isə ilin əvvəlindən Masallı rayonunda yol polisləri nəqliyyat vasitəsini spirtli içki və ya narkotik vasitənin təsiri altında idarə edən 72 sürücü müəyyən ediblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir