Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlanıb

Kriminal




4-10 may tarixlərində polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bundan başqa, şəhərdə bir qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron darağı, 21 040 ədəd müxtəlif çaplı patron, beş trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmçinin Ağdərə rayonu ərazisindən beş avtomat silahı, 18 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir