“WhatsApp” daha bir yeniliklə gəlir – FOTO

Maraqlı




“WhatsApp” daha bir yeniliklə istifadəçiləri sevindirir.

Belə ki, mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olacaq.

Bildirilir ki, bu funksiya üçün iki üsul təklif edilir. Birinci üsulla istifadəçilər öz fotolarından stiker yaratmaq rejiminə keçə biləcəklər. Digər üsulla isə onlar süni intellektdən istifadə etməklə stiker yarada biləcəklər.

Yenilik hazırda tətbiqin “iOS” üçün beta versiyasında mövcuddur.

Xatırladaq ki, “WhatsApp”ın süni intellektdən (AI) istifadə edərək stikerlər yarada biləcəyi faktı 2023-cü ilin avqustunda məlum olub.

Mənbə: Wabetainfo

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir