Vadim Vasilyev: “Hər gün xəstəxanaya gedirəm”

Cəmiyyət




“Azərbaycan milli komandasının keçmiş futbolçusu Vadim Vasilyevin müalicə müddəti uzadılıb”.

Bunu “Report”a açıqlamasında bir müddət əvvəl insult keçirən sabiq hücumçu bildirib.

O, fizioterapiyanı mayın sonuna qədər davam etdirəcəyini söyləyib:

“Müalicəm davam edir, hər gün xəstəxanaya gedirəm. Həkimlər fizioterapiyanı mayın sonuna qədər davam etdirməyin vacibliyini deyiblər. Dərmanlarımı qəbul etməli, fizioterapiyanı dayandırmamalıyam”.

V.Vasilyev səhhətinin yaxşıya doğru getdiyini deyib: “Əvvəlki günlərə nisbətən səhhətim yaxşılaşıb. Hiss edirəm ki, mayın sonuna qədər daha da yaxşı olacaq”.

“Liv Bona Dea”da müalicə alan veteran futbolçu son açıqlamasında müalicəsini mayın 9-a qədər davam etdirməli olduğunu bildirmişdi.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir