Urmiya gölünün rəngi dəyişməyə başlayıb – VİDEO

Dünya




Havanın istiləşməsi ilə yosunların və bakteriyaların aktivləşməsi artır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, aktivləşmə o deməkdir ki, gölün səthinin duzluluq səviyyəsi artdıqca mavi və yaşıl yosunların sayı azalır, qırmızı yosunların sayı isə kəskin şəkildə artır.

“Dunaliella salina” adlı yosunlar normalda mavi və yaşıl rəngdədir və havalar isindikcə buxarlanma çoxalır, göl yatağının duzu əriyəndə suyun duzluluğu artır. Daha sonra isə yosunların rəngi yaşıldan qırmızıya doğru dəyişir.

Qeyd edək ki, Urmiya gölündə əmələ gələn bu yosunların 12 növü var ki, gölün suyu qatılaşan kimi rəngli olurlar.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir