Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb

Mədəniyyət




Tanınmış aktrisa Feyza Civelek narkotik maddə sifariş verən zaman polislər tərəfindən saxlanılıb.

Məlumata görə, polis ictimai nəqliyyatda yoxlama apararkən motosikletli sürücünü şübhəli şəxs qismində saxlayıb.

Axtarışlar zamanı onun üzərindən xeyli narkotik maddə götürülüb. Bu zaman aktrisa Feyza Civelek yoxlama edilən əraziyə yaxınlaşaraq polislərin yanında motosikletçiyə – “Onları gətirdinizmi?” – soruşub.

Civelek hər şeyi polisə etiraf edib. O, bir dostuna narkotik maddə sifariş etdiyini, lakin narkotik maddənin adının nə olduğunu bilmədiyini deyib. Aktrisa bunun üçün motosikletçinin şəxsi hesabına 6000 lirə (təxminən 316 manat) pul göndərdiyini də bildirib.

Civelek sifariş etdiyi narkotik onun əlinə keçmədiyi üçün sərbəst buraxılıb.

Xatırladaq ki, Feyza Civelek hazırda “Kızılcık Şerbeti” serialında Nilay obrazını canlandırır.

Mənbə: Sabah

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir