Türkiyə “Sungur” raketlərinin uğurlu sınağını həyata keçirdi – VİDEO

Dünya




Asimmetrik döyüş qabiliyyətinə malik “Sungur” hava hücumundan müdafiə silahının uğurlu sınaq atəşi həyata keçirilib.

Bu barədə “Roketsan”ın sosial şəbəkə hesabından xəbər verilib.

Bildirilib ki, hədəf tam dəqiqliklə vurulub. Sınaqdan görüntülər də paylaşılıb.

Qeyd edək ki, “Sungur” hava hücumundan müdafiə sistemi döyüş meydanında və arxa cəbhədə mobil/stasionar bölmələrin və obyektlərin qısamənzilli hava hücumundan müdafiəsi üçün nəzərdə tutulmuş zenit-raket sistemidir. Raketlərin yerdə istifadəsi ilə yanaşı, “Bayraktar TB2” və “Akıncı” hücum PUA-larına inteqrasiyası istiqamətində işlər davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir