Təmirli binadan qopan beton parçaları yola düşdü – VİDEO

Cəmiyyət




Bakının Nərimanov rayonunda binadan beton qoparaq yola tökülüb.

Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, hadisə, metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında, Nərimanov parkı ilə üz-üzə olan yolda yerləşən yeni tikili binada qeydə alınıb. Beton qəlpələrinin düşdüyü ərazi isə gün boyu çox işlək yoldur.

Şikayətçinin sözlərinə görə, yeni tikilib istifadəyə verilmiş binadan qopan ağır beton parçaları yola düşüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, baş verən hadisə piyadaları qorxuya salıb. Dərhal beton hissəciklər təmizlənərək götürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir