Təbrizdə Azərbaycan dilində tamaşa nümayiş olunacaq – FOTO

Dünya




İranın Təbriz şəhərində Azərbaycan dilində tamaşa nümayiş olunacaq.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.  

Bildirilib ki, Əli Fotuhi və Əlirza Kuşək Calalinin birgə rejissorluğu ilə ərsəyə gəlmiş tamaşa Ustad Sadiqi adına Teatrın səhnəsində “Ayna” Teatr Qrupu tərəfindən nümayiş olunacaq.

“Ayaq yalın, lüt, ovucda bir ürək” tamaşası real hadisəyə əsaslanır, Almaniyada yaşayan bir türk miqrantın həyatından və evinin neofaşistlər tərəfindən yandırılmasından bəhs edir.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir