Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi – FOTO

Cəmiyyət




Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, şəhərdə təşkil olunan vida mərasimindən sonra şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir