“Smart Customs” tətbiqində problem yaşanır – FOTO

Cəmiyyət




“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaşanır. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat tətbiq istifadəçiləri tərəfindən verilib. Tətbiq istifadəçiləri fərqli ölkələrdən onlayn qaydada alınan məhsulları bəyan etmək istəsələr də, proqrama daxil ola bilmirlər.

Yaranan çətinliyin səbəbi isə məlum deyil. 

Qeyd edək ki, bir müddət öncə də sözügedən tətbiqin işində müəyyən çətinliklər yaşanmışdı.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir