Siyəzəndə polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirildiyinə görə, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.

Polis əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər.
YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir