Serxio Ramos da ABŞ klubuna keçəcək

Dünya




“Sevilya” klubu təcrübəli futbolçu Serxio Ramosla müqaviləni uzatmaq istəmir.

Məlumata görə, ABŞ-nin “San Dieqo” klubu ispaniyalı müdafiəçinin transferində maraqlıdır.

MLS-də (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) çıxış edən komandanın artıq Serxio Ramosla ilkin danışıqlara başladığı bildirilsə də, keçid üçün təklif olunan məbləğ açıqlanmayıb.

Qeyd edək ki, Serxio Ramos bu mövsüm “Sevilya” forması ilə çıxdığı 34 oyunda yeddi qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: theatletic.com

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir