Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi klub portuqaliyalı ulduzla yolları ayırdı

Dünya




Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Luiş Nani ilə yolları ayırmaq qərarına gəlib.

Bu barədə klubun rəsmi səhifəsində məlumat yerləşdirilib.

“Luiş Nani ilə müqaviləyə xitam verildi. Ulduz futbolçuya bu günə kimi etdiyi hər şey üçün təşəkkür edirik. Gələcək karyerasında uğurlar”, – deyə klubun rəsmi səhifəsində bildirilib.

Portuqaliyalı hücumçu bu mövsüm çıxdığı 34 oyunda dörd qol və üç məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, Luiş Nani 2023-cü ildə “Adana Demirspor” klubuna transfer olunmuşdu.

Mənbə: Sporx.com

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir