Sabirabadda kiberdələduzluq və bank kartlarından oğurluq halları ilə mübarizə çərçivəsində profilaktiki tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Sabirabadda kiberdələduzluq və bank kartlarından oğurluq halları ilə mübarizə çərçivəsində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 102info.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sıx olduğu küçə və prospektlərdə, ticarət və iaşə obyektlərində, bankların və bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə izahedici söhbətlər aparılıb.
Vətəndaşlara, xüsusən təqaüdçülərə tanımadıqları şəxslərdən kömək istəməməyi, digər bir şəxsin kart hesabına pul göndərmək istəyən zaman isə yalnız bankların səlahiyyətləri əməkdaşlarına müraciət etmələri tövsiyə olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir