Şəki Dövlət Yol Polisipiyadaları cərimələdi

Yol patrul xidməti


Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şəhər ərazisində piyadaların maarifləndirilməsi ilə bağlı profilaktik tədbirlər həyata keçirilir. Xüsusilə də, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirləri intensivləşdirilib.
Təhsil müəssisələrində aparılan profilaktik tədbirlər müsbət nəticə verib. Bekəki, Cari ildə bugünədək olan dövr ərzində Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Lakin, xidməti ərazidə baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyətinin piyadaların avtomobillə vurulması, ölən və xəsarət alanların isə böyük əksəriyyətinin yaşlı qadınlar olmasını nəzərə alaraq bu gün (23.05.2024) Şəki Dövlət Yol Polisi yol-hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyətinin xanımlar olması da bir daha təsdiq olunub.
2 saatlıq reyd zamanı ümumilikdə yol hərəkəti qaydalarını pozan 27 nəfər aşkar edilib, hər biri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 20 manat məbləğində cərimə olunublar.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir