Rusiyada hərbi akademiyada partlayış: Yaralananlar var – VİDEO

Dünya




Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib, bir neçə hərbçi xəsarət alıb.

Bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hadisə akademiyanın zirzəmilərindən birinin təmizlənməsi zamanı baş verib. Məlumata görə, İkinci Dünya müharibəsinə aid sursat partlayıb.

Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir