Rusiya XİN Azərbaycan və Ermənistan tərəflərinin Almatıda apardıqları danışıqlara münasibət bildirib

Siyasət




“Moskva mayın 10-da və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayır. Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə edilməsi istiqamətində daha bir addım atıldı”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib.

O, Moskvanın Astananın bu istiqamətdə səylərini tam dəstəklədiyini vurğulayıb.

Yüksəkvəzifəli diplomat, həmçinin, Rusiyanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarı olduğunu qeyd edib.

“2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur”, – deyə o bildirib.

Qaluzin diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə yönəldib.

“Üçtərəfli işçi qrup ritmik iş apardı və əhəmiyyətli nəticələr əldə etdi. Belə ki, qrupun 2023-cü ilin iyununda keçirilən 12-ci iclasında Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma razılaşdırılıb. Demək olar ki, hərtərəfli, balanslaşdırılmış razılaşma əldə etdik. Lakin proses dayandı, ancaq burada bizim günahımız yoxdur – İrəvan Qərb dövlətlərinin təzyiqi ilə bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib. Biz təkcə Cənubi Qafqazın nəqliyyat-kommunikasiya sistemini blokdan çıxarmaq üçün deyil, həm də regionda davamlı sülhün bərqərar olması üçün mümkün qədər tez üçtərəfli işçi qrupun tamhüquqlu işini bərpa etməyi zəruri hesab edirik”, – deyə diplomat vurğulayıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir