Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır – VİDEO

Siyasət




Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması prosesi davam edir.

News.az-a daxil olan videogörüntülərə görə, Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır.

Xatırladaq ki, ötən ay Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumata münasibət bildirib.

Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir