Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər

Dünya




Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılıq əsasında yerləşdikləri Azərbaycanla şərti sərhəddəki Ermənistan ərazilərində mövcud olan dislokasiya məntəqələrini tərk etməyə başlayıblar.

Bu barədə sosial şəbəkənin Ermənistan seqmentində informasiya yayılıb.

Bildirilib ki, Rusiya hərbçiləri Sünikdə, Vayotszorda, Geqarkunikdə, Araratda və Tavuşda yerləşdikləri məntəqələrini tərk edirlər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu razılığa Moskvada keçirilən görüşdə gəliblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir