Rəfdən çips torbasını götürüb qaçan qarğa satıcını təəccübləndirdi – VİDEO

Maraqlı




Türkiyədə bir qarğanın marketin qarşısındakı rəfdən bir paket çips götürərək uzaqlaşdığı an təhlükəsizlik kamerasına düşüb.

Gülməli görüntülər Trabzonun Ortahisar rayonunda qeydə alınıb.

Kadrlarda quşun bir müddət “ovunu” uzaqdan izlədiyi, sonra diqqət çəkmədən rəfə yaxınlaşaraq çips paketini oğurlayaraq uçduğu görünür.

Dükanın sahibi videonu izlədikdə gözlərinə inanmadığını bildirib. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və böyük maraqla qarşılanıb.

Mənbə: “Anadolu” Agentliyi

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir