Qazaxıstanda təhlükəli vəziyyət: Daşqınlar ölümcül xəstəlikdən vəfat edənlərin məzarlarını açdı – VİDEO

Dünya




Qazaxıstanın qərbində daşqınlar pik həddə çatıb.

Baş nazirin müavini Bozumbayevin verdiyi məlumata görə, qarayara xəstəliyindən vəfat edənlərin dəfn olunduğu 10 məzarlıq su altında qalıb. Hazırda həmin ərazilərdə dezinfeksiya işləri aparılır.

“Aktobe vilayətinin iki yaşayış məntəqəsinə nəqliyyatın gedişi dayandırılıb. Buna baxmayaraq, insanlar ərzaq və dərmanla təmin olunublar”, – deyə Bozumbayev bildirib.

Qeyd edək ki, təxliyə mərkəzlərində 5 min insan var, daşqından təxliyə olunan daha 58 min şəxs isə qohumlarının evində qalır.

Mənbə: Sputnik Qazaxıstan

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir