Qazaxıstanda qalmaqallı məhkəmə başa çatdı: Arvadını xüsusi amansızlıqla qətlə yetirən nazirə hökm oxundu

Kriminal




Qazaxıstanda həyat yoldaşı Saltanat Nukenovanı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəmə prosesi başa çatıb.

Astananın cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsinin sədri Ayjan Kulbayeva keçmiş nazirin cinayət işi üzrə hökmü elan edib.

Kuandıq Bişimbayev “xüsusi amansızlıqla qətlə yetirmə” maddəsi ilə təqsirli bilinərək 20 il, “işgəncə” maddəsi ilə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Cəzalara qismən əlavə edilməklə, yekun qərar olaraq ciddi rejimli müəssisədə çəkməklə 24 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 9-na keçən gecə Astanada yerləşən və Kuandıq Bişimbayevin sahibi olduğu “Bau” restoranında baş verib. Arvadı Saltanat Nukenovanı uzun müddət ərzində şantaj edərək ayrılmasına imkan verməyən Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri ona saatlarla işgəncə verib və nəticədə döyərək öldürüb.

Üstəlik, təcili tibbi yardım əvəzinə falçıya zəng edib və arvadının ölüb-ölmədiyini soruşub. Beləliklə də, qadını xilas etmək mümkün ikən onu bilərəkdən ölümə tərk edib.

Mənbə: “Sputnik” Qazaxıstan

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir