“Qalatasaray”ın futbolçusu klubdan ayrılmaq istəyir

Dünya




Uilfred Zaha “Qalatasaray”dan ayrılmaq üçün menecerindən yeni komanda tapmasını tələb edib.

Məlumata görə, bu mövsüm “Kristal Pelas”dan transfer olunan futbolçu “Qalatasaray”da qalmaq istəmir.

Zahanın meneceri “Vest Hem” və “Aston Villa” klubları ilə görüşüb. Hər iki komanda təcrübəli hücumçunu yalnız icarə əsasında transfer edə biləcəklərini deyib.

Qeyd edək ki, bu mövsüm “Qalatasaray” forması ilə çıxdığı 39 oyunda 10 qol, beş məhsuldar ötürmə edib.

Mənbə: Fotomaç.com.tr

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir