Qahirədə Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

Dünya




HƏMAS İsraillə atəşkəs razılaşmasında maraqlı olduğunu bildirib.

Bu barədə hərəkatın “Telegram” kanalında məlumat verilib.

Qeyd olunur ki, HƏMAS Qahirədə keçirilən beştərəfli danışıqlarda Misirin atəşkəs təklifinə cavabı artıq çatdırıb.

Hərəkatın rəhbərliyi fələstin xalqımızın milli tələblərini təmin edəcək bir razılaşma əldə etmək niyyətində olduğunu bildirib. Bu cür tələblərə İsrailin atəşkəs elan etməsi, SAXAL qüvvələrinin bütün Qəzza zolağından çıxarılması, humanitar yardımın həcminin artırılması, zolağın yenidən qurulmasına başlanması və əsir mübadiləsi sazişinin başa çatdırılması daxildir.

Bu bəyanatla Qahirədə danışıqların növbəti mərhələsi başa çatıb.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir