Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib – VİDEO

Cəmiyyət




Qəbələdə ağır yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında Qəbələ rayonunda “Məmmədağalı meşəsi” adlanan ərazinin yaxınlığında baş verib. 

İlkin məlumatlarda sürücünün Ağdaş rayon sakini olduğu iddia edilir. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə dünən axşam 22:30 radələrində Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində baş verib:

“Mingəçevir rayon sakini Elmir İbrahimov idarəetdiyi Volkswagen markalı 99-RD-791 dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, yanlış manevr etmə səbəbindən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Ölüm halı qeydə alınmayıb”.

Həmin videogörüntüləri təqdim edirik:

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir