Prezidentin müsahibəsində vacib məqam: Azərbaycanın ekologiya ilə bağlı strategiyası – Deputat açıqladı

Gündəm

Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində mühüm mesajlar verib. Cənab Prezident qeyd edib ki, “konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik”. Sözsüz ki, Azərbaycan dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərər, ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması ilə bağlı olan məsələlərə hər zaman yüksək diqqətlə yanaşır. Prezident İlham Əliyevin ətraf mühitin və ekoloji balansın qorunması ilə bağlı Sərəncam və Fərmanları məhz bu məqsədlərə xidmət edir.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan coğrafi mövqeyi ilə digər ölkələrin ekologiya və iqlim dəyişikliklərinə qarşı fəal iştirakı üçün təşəbbüslər irəli sürür: “Azərbaycan eyni zamanda regionun karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını da təşviq edir. Sözsüz ki, Azərbaycanın alternativ enerji potensialı və bu istiqamətdə hədəfləri olduqca böyükdür. Ermənistanın işğalı zamanı ekoloji terror həyata keçirilmiş 20 faiz ərazilərimizdə bu gün canlı təbiətin bərpası prosesi gedir. Ekoloji tarazlığın qorunması üçün dövlətimiz tərəfindən vacib addımlar atılır”

Deputat bildirib ki, azad edilmiş ərazilərdə yaşıl enerji, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası məhz bu startegiyanın tərkib hissəsidir: “Azərbaycan neft qaz ölkəsinə olmasına baxmayaraq bu gün bərpa olunan enerji növlərinin inkişafını təşviq edən başlıca faktor kimi çıxış edir. Bu Azərbaycanın ekologiyaya, ətraf mühitin, canlı təbiətin qorunmasına verdiyi önəmin mühüm göstəricisidir. Azərbaycanın qlobal mahiyyətli bir platformaya malik COP29-a ev sahibliyi etməsi eyni zamanda ölkəmizin yaşıl enerji amilinə olan önəmini bir daha təsdiq edir”.

Aqil Məmmədova görə, COP29-a ev sahibliyi Azərbaycan Prezidenti İlham Əliyevə, ölkəmizin həyata keçirdiyi uğurlu strategiyaya olan inam və etimadın ifadəsidir: “BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik, bir müddət öncə BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi Azərbaycana qlobal miqyasda olan etimaddan xəbər verir. Təbii ki, COP29 kimi qlobal miqyaslı ekoloji problemlərin müzakirə olunduğu bir platformaya ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişiklikləri və ekologiya ilə bağlı mövqeyini bir daha bütün dünyaya nümayiş etdirəcək”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir