Paulo Dibalanın meneceri Türkiyə futbolunu aşağıladı

Dünya




Argentinalı futbolçu Paulo Dibalanın meneceri Türkiyə futbolunu aşağılayıb.

Məlumata görə, ulduz futbolçunun meneceri Xorxe Antun Dibalanın Türkiyə klublarından birinə keçməsi ilə bağlı suala cavab verərkən Super Liqada çıxış edən komandaları tənqid edib.

“Mən açığı Türkiyə futbolunu sevmirəm. Orada ulduz futbolçular ola bilər, amma yenə də Dibalanın səviyyəsindən çox aşağı liqadır. Avropa klublarından təkliflər olduğu halda Türkiyədə çıxış etmək Dibala üçün ən sonuncu çıxış yolu ola bilər. Düzdür, “Qalatasaray” və “Fənərbağça” nəhəng klublardır, amma sadəcə 2-3 klub liqanın yüksəksəviyyəli olduğunu göstərmir. Paulo yüksəksəviyyəli liqalarda oynamağa layiq futbolçudur. Yaşlandığı zaman Türkiyə klublarına keçidini düşünə bilərik”.

Qeyd edək ki, 30 yaşlı futbolçu hazırda çıxış etdiyi “Roma” klubunun forması ilə bu mövsüm çıxdığı 37 oyunda 16 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Fotomaç.com.tr

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir