Nohur gölündə suyun səviyyəsi təhlükəli həddə çatıb – VİDEO

Cəmiyyət




Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir