Müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək

Cəmiyyət




Azərbaycanda müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçirəcək.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 17 may – 14 iyun tarixlərində atlar (atçılıq təsərrüfatları istisna olmaqla), arılar və donuzlar arasında fərdi və fermer təsərrüfatlarında təsadüfi seçmə üsulu ilə təyin olunmuş ərazilərdə keçiriləcək monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Tədbirlər zamanı götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq.

Qeyd edək ki, monitorinqlər nəticəsində əldə edilmiş göstəricilər müxtəlif xəstəliklər üzrə ölkə hesabatının hazırlanmasında istifadə olunacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir