“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar – FOTO

Dünya




İngiltərənin “Mançester Yunayted” klubunun azarkeşləri öz şəklini bədəninə döydürən Antonini ələ salıblar.

Məlumata görə, braziliyalı hücumçu yeni tatusunu “Instagram” profilində paylaşdıqdan sonra tənqidlərə məruz qalıb.

Onun paylaşımına: “Yalnız axmaq insan bunu edə bilər. Başqaları tərəfindən sevilmədiyini anladığına çox sevindik. Bu qədər özünübəyənmişlik, sadəcə, sənə yaraşar”, – kimi şərhlər yazılıb.

Qeyd edək ki, Antoni “Ayaks” (Niderland) klubundan 2022-ci ildə transfer olunub.

Mənbə: Dailymail.co.uk

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir