Məhkum kitabçasına baxdığına görə yoldaşının boğazını kəsib – FOTO

Kriminal




Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə nəticələnib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib. 

İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azər Şaliyev və Şəhriyar Baxışəliyev arasında olub.

Bu iş üzrə təqsirləndirilən şəxs isə Şaliyevdir. O, Baxışəliyevlə eyni kamerada saxlanılıb, onlar bir-birilərini yaxşı tanıyıblar. Günlərin birində onların arasında mübahisə yaranıb.

Hadisəyə səbəb isə məhkum Baxışəliyevin Şaliyevin dolabında saxladığı şəxsi kitabçaya icazəsiz baxması olub. Şaliyev məhkum yoldaşını öldürmək məqsədilə boğaz nahiyəsini arxa tərəfdən ülgüclə kəsib. Baxışəliyev yaralı halda xəstəxanaya yerləşdirilib.

Bu əməlinə görə həmin şəxsə Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, Şaliyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik dövriyyəsində təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzasının bitməsinə cəmi 3 il qalmışdı. Bu maddə ilə təqsirli bilinərsə, ömrünün daha bir neçə ilini həbsdə keçirməli olacaq.

Zərərçəkmiş Şəhriyar Baxışəliyev də təxminən 10 il əvvəl qəsdən adam öldürdüyünə görə 13 il azadlıqdan məhrum edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir